İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycanın daha 2 təmsilçisi medal qazanıb.

Open.az xəbər verir ki, əvvəlcə 77 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşçimiz Sənan Süleymanov final matçına çıxıb.

Həlledici görüşdə macarıstanlı Zotlan Levaiyə 3:1 hesabı ilə qalib gələn Süleymanov karyerasında ilk dəfə Avropa çempionu adını qazanıb.

87 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız İslam Abbasov isə 3-cü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusu məğlubiyyətə uğradıb - 6:2. Beləliklə, Azərbaycan millisi günü 1 qızıl, 2 bürünc medalla başa vurub.

Qeyd edək ki, daha öncə Azərbaycan güləşçilərindən Eldəniz Əzizli 55 kq çəkidə bürünc medala sahib olub.