Fransanın Nitsa şəhərində sərbəst, qadın və yunan-Roma güləşi üzrə Henri Deqlan Qran-Pri turniri davam edir.

Open.az xəbər verir ki, turnirin ikinci günündə - yanvarın 16-da sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Nitsada ölkəmizi baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahir Əmiraslanov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Turan Bayramov (65 kq), Coşqun Əzimov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (hamısı 74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcəklər.

Hazırda Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən yunan-Roma güləşi üzrə millimiz isə Fransaya yanvarın 16-da yollanacaq.

Qeyd edək ki, I kateqoriyalı hakim İntiqam Alıyev turnirdə ədaləti qoruyur.

Turnirin ilkin görüşləri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.