Azərbaycan yunan-Roma güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda ilk medallarını qazanıb.

Open.az xəbər verir ki, İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala sahib olub.

Dadov finalda rusiyalı Nazir Abdullayevə uduzub - 1:2.

Əzizli isə bürünc medal qarşılaşmasında qırğızıstanlı Balbay Dordokovdan üstün olub - 3:0.