Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov koronavirusdan vəfat edib.

Open.az xəbər verir ki, bu barədə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat verib:

“Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.

Qeyd edək ki, mütəxəssis 2011-15-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 2015-18-ci illərdə isə AGF-in vitse-prezidenti vəzifəsini icra edib.