Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb.

Open.az xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkə hesabında paylaşım edib.

Ona dəstək olanlara təşəkkür edən karateçi hər şeyin yaxşı olacağını yazıb: “Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəyəm, İnşAllah. Dua edin".

Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb