İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Open.az xəbər verir ki, Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli 3-cü yer uğrunda görüşdə italiyalı Covanni Freni ilə qarşılaşıb.

55 kq çəki dərəcəsində yarışan idmançı Frenini vaxtından əvvəl təmiz qələbə ilə məğlubiyyətə uğradıb - 9:0. Əzizliyə bu qələbə üçün 1 dəqiqə 6 saniyə kifayət edib.