Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovun başına iş gəlib.

Open.az "Vesti.ru"ya istinadən xəbər verir ki, hava limanında çempionun baqajı oğurlanıb. Nurməhəmmədov bu barədə "İnstagram" hesabında məlumat verib.

O, yükünü oğurlayan bir nəfərin fotolarını yayımlayaraq, bu sözləri yazıb: "Dostum, baqajı qaytar. Mən artıq səni tapmışam".

Xatırladaq ki, Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqor ilə döyüşdən sonra Nevada ştatının Atletika Komissiyası tərəfindən diskvalifikasiya olunub.

Gülnar Qafarlı

Aeroportda Həbib Nurməhəmmədovun yükünü oğurladılar

Aeroportda Həbib Nurməhəmmədovun yükünü oğurladılar