Səudiyyə Ərəbistanı yeni növ koronavirus tədbirləri çərçivəsində təxminən 6 aydır dayandırdığı Ümrə ziyarətlərini mərhələli olaraq bərpa edəcək.

Open.az xəbər verir ki, ziyarətlərin oktyabrın 4-dən etibarən bərpa olunacağı bildirilib.

Birinci mərhələdə Səudiyyə Ərəbistanında yaşayanlara (gündə təxminən 6 min nəfər) icazə veriləcəyi qeyd olunub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında koronavirusa görə bu il həcc ziyarəti məhdudlaşdırılmış və xaricdən gələn zəvvarlar qəbul edilməmişdir.

Gülnar Qafarlı