Bu gün Ramazanın ilk günüdür. Bir çox restoranlar oruc tutan şəxslər üçün xüsusi menyular hazırlayır.

Open.az paytaxtda yerləşən bir neçə restoranın imsak və iftar menyusu ilə maraqlanıb.

Həmin restoranları və qiymətləri təqdim edirik.

“Mado” restoranlar şəbəkəsində imsak menyusu (50 çeşid məhsulun olduğu açıq buffet) 15 AZN-dir. İftar menyusu isti yeməklər, qəlyanaltılar, salatlar, desertlər və içkilər daxil 24 manat təşkil edir. Sadalananlar 3-12 yaşa qədəruşaqlar üçün 9 manatadır.

Restoranların sahur və iftar menyuları - Qiymətləri

“Özsüt – Baku”da imsak menyusu 15 manatdır. 7 yaşa kimi uşaqlara pulsuz, 8-12 yaş uşaqlara isə 50 faiz endirim edilir. Bu restoranda iftar menyusu isə 24 manatdır.

“Kolorit Cafe&Dining” Nizami küçəsindəki (Torqoviy) filialında 9 manatlıq imsak menyusuna 30-dan çox yemək çeşidlərindən ibarət açıq bufet daxildir. İftar menyusu isə 16 AZN-dir. Bu qiymətə şorbalar, salatlar, ana yeməklər, qarnirlər, qəlyanalıtlar, içkilər, meyvələr, çərəzlər və desertlərdən istifadə edə biləsiz.

28 Mall filialında 12 manatlıq iftar menyusuna şorbalar, salatlar, ana yeməklər, qarnirlər, qəlyanalıtlar, içkilər, meyvələr və desertlər daxildir.

Restoranların sahur və iftar menyuları - Qiymətləri

“Anadolu” restoranında imsak menyusu (açıq buffet) 12 AZN, iftar menyusunun konkret qiyməti olmasa da, 10 faiz endirim ediləcəyi bildirilib.

“Dalida” restoranında imsak menyusu olmasa da, iftar menyusu 18 manatdır.

“Lady land cafe” restoranında da yalnız iftar menyusu verilir. Digər restoranlardan fərqli olaraq menyu iki növdə hazırlanıb. Belə ki, 1 nəfərlik iftar menyusu 13 manat, beş nəfərlik 60 manat, 10 nəfərlik isə 118 manatdır.

Ramazana xüsusi menyusu olmayan restoranlar isə bütün müştərilərə orucunu açmaq üçün xurma və su təklif edir.

Allah tutulan bütün oruc və niyyətləri qəbul etsin.

Şəfiqə Nazimqızı