Azərbaycanda müqəddəs Ramazan ayının başlayacağı tarix bəlli olub.

QMİ-dən Open.az-a verilən məlumata görə, Ramazanın ilk günü mayın 6-na təsadüf edəcək.

İdarənin tərtib etdiyi təqvimə əsasən, bƏhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27, 31 may tarixlərinə təsadüf edəcək.

Təqvimdə Ramazan bayramının iyun ayının 5-nə təsadü edəcəyi qeyd edilir.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.

Ramazan ayı nə vaxt başlayır? - TƏQVİM

Ramazan ayı nə vaxt başlayır? - TƏQVİM