İslam Əməkdaşlıq Təşkilatı (İƏT) olaraq biz daim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşuq. Biz istəyirik ki, bu münaqişə alovlanmasın.

Open.az xəbər verir ki, bunu İƏT baş katibi Yusif ibn Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, İƏT bundan sonra da Azərbaycanın ərazi bütövlüyü naminə öz mövqeyindən çıxış edəcək: “Biz istərdik ki, əldə olunmuş bütün razılıqlara əməl olunsun. İƏT Azərbaycanın haqlı mövqeyinə öz dəstəyini bildirir”.