Bakı yasamal rayonunda yeri dəyişdirilən və buna görə bəzi qruplar tərəfindən narazılığa səbəb olan Hacı Cavad məscidində dini icma qeydiyyata alınıb.

Open.az-ın məlumatına görə, “Hacı Cavad” dini icmasına sədr də seçilib. Bu, Kənan Əzizovdur.

Qeyd edək ki, bir müddət əvvəl Bakının “Sovetsk” adlanan hissəsində yararsız hala düşmüş Hacı Cavad məscidinin yeni yerdə tikilmək məqsədi ilə sökülməsi bir qrup insanların narazılına, ictimaiyyətdə müzakirəyə səbəb oldu. Ötən il isə Azərbaycan Prezidentinin tapşırığı ilə məscidin yeni ünvanda və daha geniş imkanlara, daha yüksək şəraitə malik formada müasir standartlara uyğun tikintisinə başlandı. Məscid bu ildən istifadəyə verilib.