Gəncədəki Rus Pravoslav kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinlərin anım mərasimi keçirilir.

Open.az xəbər verir ki, mərasimdə həlak olanların ruhuna dualar oxunub. Azərbaycan Ordusuna qalibiyyət arzulanıb.

Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 10 dinc sakin həlak olub, 30-dan artıq şəxs yaralanıb.

Gəncənin raket atəşinə tutulması nəticəsində Rus Pravoslav kilsəsinə də ziyan dəyib.