Əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatr olan ƏSA Teatrının “Paris partladı” tamaşası koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Open.az xəbər verir ki, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının bu gün S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayişi nəzərdə tutulmuşdu.

“Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Səhnə əsərinin quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadədir.