Bu gün dünyada “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd olunur.

Open.az "AA"ya istinadən xəbər verir ki, dünyada ən çox oxunan kitabın Quran olduğu açıqlanıb.

Dünyada ən çox kitab oxunan ilk on ölkə arasında 6 Asiya ölkəsi və 4 Avropa ölkəsi yer alıb.

Hər bir vətəndaşın həftədə orta hesabla 10 saatdan çox kitab oxuduğu Hindistan isə ən çox kitab oxunan ölkə olaraq diqqət çəkir. İkinci sırada yer alan Tailandda adambaşı həftədə orta hesabla kitab oxuma müddəti 9 saat 24 dəqiqə hesablanıb. Üçüncü pillədə yer alan Çində isə xalq həftədə 8 saatını kitab oxumaqla keçirir.

Siyahıda ən çox kitab oxunan digər ölkələr müvafiq olaraq Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə), Macarıstan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) qərarlaşıb.

Dünyada Qurandan sonra ən çox oxunan İncil olub.

Qeyd edək ki, "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilib. Azərbaycanda 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-cı ildən qeyd olunur.

Gülnar Qafarlı