Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Livan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Bəhreyn və Əlcəzair olmaqla 10 ölkə bu gün Ramazan bayramını qeyd edir.

Open.az "AA"ya istinadən xəbər verir ki, sözügedən 10 ölkədə səlahiyyətli orqanların verdiyi açıqlamaya görə, iyunun 3-ü Ramazan ayının son günü, iyunun 4-ü Şəvval ayının ilk günü sayılır.

Azərbaycan daxil omaqla Misir, Fələstin, İordaniya, Liviya, Tunis və Suriya Ramazan bayramını sabah qeyd edəcək.

Gülnar Qafarlı