Bakıda yeni ticarət və əyləncə mərkəzinin yaradılması nəzərdə tutulur.

Open.az fed.az-a istinadən xəbər verir ki, yeni böyük obyekt Yasamal Yaşayış Kompleksinin ərazisində – sosial mənzillərin tikildiyi şəhərcikdə inşa ediləcək.

Bu Mənzil İnşaaatı üzrə Dövlət Agentliyinin (MİDA) layihəsidir, onu "PMD Project" MMC həyata keçirəcək

"ZEFIR MALL" adlanan yeni ticarət obyekti 11,6 hektarlıq şəhərciyin ərazisində inşa ediləcək və müasir dizeyn və əlverişli planlaşdırması olacaq.

Ticarət mərkəzi ziyarətçilərə keyfiyyətli və faydalı vaxt keçirmək üçün geniş ticarət və əyləncə imkanları təklif edəcək.

Bakıda yeni Mall tikiləcək (FOTOLAR)