Bakıda pravoslav kafedral kilsəsində Azərbaycan Dağlıq Qarabağ torpaqları üçün ibadət keçirilib.

Open.az xəbər verir ki, Bakıdakı "Jen Mironosits" pravoslav kafedral kilsəsində Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün pravoslav ibadəti keçirilib.

“Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!”

İbadət sosial məsafənin gözlənilməsi qaydalarına uyğun olaraq həyata keçirilib.