Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı dünyasını dəyişib.

Open.az "Report"a istinadən xəbər verir ki, hələlik kimliyi məlum olmayan 69 yaşlı kişi gecəyarısı Kəbə evinin təvafından sonra namaz qılıb və ardınca vəfat edib.

Onun ürəktutmadan öldüyü deyilir. Mərhum bu gün Məkkədə dəfn olunacaq.

***

Qafqaz Müsəlmanlar İdarəsindən Open.az-a verilən məlumata görə, mərhum 1950-ci il təvəllüdlü, Ağdam rayon sakini Bəhmən Məhəmməd oğlu Şükürovdur. O, namaz qılarkən ürək çatışmazlığından vəfat edib. Ş.Bəhmən Səudiyyə Ərəbistanında dəfn olunacaq.