Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən imam təyinatı aparılmayan, idarə tərəfindən hələ də nəzarət olmayan məscidlər var.

Open.az-ın məlumatına görə, bunların əksəriyyəti icma olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınsa da imam təyinatı hələ mümkün olmayıb.

Azərbaycanın Balakən, Zaqatala, Quba, Qusar, Şamaxı, Ucar, Xaçmaz bölgələrini əhatə edən bu kimi məsidlərin sayı 10-a qədərdir. Bu, məscidlərdə imamlar yerli inanclı sakinlər tərəfindən seçilərək özfəaliyyət formasında çalışırlar.

Qeyd edək ki, ölkə ərazisində 2250 məscid mövcuddur. Bunların bir qismi tarixi mədəniyyət abidəsi kimi qorunur ki, ibadət həyata keçirilmir.

Xatırladaq ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşzadədir.