ABŞ-ın məşhur onlayn alış-veriş şirkəti olan "Amazon" müsəlmanların sərt reaksiyası ilə qarşılaşıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət şatışa təqdim etdiyi, hamamda ayaq altına sərilən, üzərində "Allah" yazısı olan xalçalara görə tənqid edilib.

Reaksiyalardan sonra "Amazon" sözügedən məhsulları satışdan çıxarıb.

Digər tərəfdən, bu məhsulların satışının dayandırılması üçün "Change.org"da başladılan kampaniyada təxminən 73 min imza toplanıb.

Gülnar Qafarlı

Amazon