2019-cu ildə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maddi dəstək göstərilən din xadimlərinin sayı açıqlanıb.

Fonddan Open.az-a verilən məlumata görə, 2019-cu ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş 1021 nəfər din xadiminə maddi yardım göstərilib.

Məlumatda qeyd edilib ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dövlət tərəfindən din xadimləri üçün verilən maddi yardımın məbləği 40 faiz artırılıb.