"QALA" Yunanıstan-Azərbaycan Dostluq Dərnəyinin təşəbbüsü ilə bu ölkənin www.karfitsa.gr xəbər portalında "Nizami Gəncəvi" sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə Azərbaycanın qüdrətli söz ustadı və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə müfəssəl məlumat verilib. Onun yunan fəlsəfəsinə dair dərin tədqiqatlar apardığına, "İsgəndərmə" poemasını qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı və Argeadlar sülaləsinin nümayəndəsi, fateh sərkərdə İsgəndərə həsr etdiyinə diqqət cəlb edilib
Qeyd edilib ki, 60 yaşından sonrə qələmə aldığı bu poemada Nizami Gəncəvi makedoniyalı İsgəndəri tarixi şəxsiyyət olaraq deyil, müharibələrin qalibi kimi, amma bədii obrazda təsvir edib. Şairin sosial-siyasi və fəlsəfi fikirlərini "İsgəndərnamə"də ümumiləşdirdiyi, İsgəndəri təkcə ədalətli hökmdar kimi deyil, həm də elmi və incəsənəti sevən alim, sənətkarlara hörmət edən alicənab şəxs kimi təqdim etdiyi vurğulanıb
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür
https://www.karfitsa.gr/nizami-ganjavi/