Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün axtarışa verilən Azərbaycan vətəndaşı Rusiyanın Həştərxan vilayətində saxlanılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı Həştərxan vilayətində yerləşən "Aksarayski" keçid məntəqəsində tutulub.

Belə ki, Azərbaycan polisi 16 yaşından kiçik bir şəxslə cinsi əlaqədə olduğu üçün 49 yaşlı yerli sakin üçün axtarış elan edib. Cinayətkar bir il ərzində istintaqdan qaçaraq, xaricdə gizlənib.

Lakin Həştərxanın təhlükəsizlik qüvvələri Rusiyaya Qazaxıstandan daxil olmaq istəyərkən onu saxlaya bilib. O, polis məmurlarına təhvil verilib.

Gülnar Qafarlı