Xəbər verdiyimiz kimi, yanvarın 23-də Qvineya körfəzində “Mozart” konteyner gəmisinə nigeriyalı dəniz quldurlarının hücumu zamanı həlak olan gəminin 2-ci mühəndisi, azərbaycanlı Fərman İsmayılovun nəşi Qabona gətirilib.

Open.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tvitter hesabında cənazənin Qabona gətirildiyi anın fotolarını paylaşaraq bu fikirləri qeyd edib:

“Qardaşımızın cənazəsinin ailəsinə qısa müddətdə çatdırılmasındakı dəstəyinə və əməkdaşlığa görə Türkiyənin Qabondakı səfiri Nilufər Ərdəm Kaygısıza və komandasına ürəkdən təşəkkür edirik. Hər zaman olduğu kimi, bu prosesdə də bir-birimizə dəstəyimiz davam edir”.