Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi onlayn formatda açıq elan olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Open.az-a bildirilib ki, ABŞ-ın Florida ştatının Aventura şəhərində təşkil olunan müsabiqədə iştirak etmək üçün iyunun 12-dək müraciət etmək mümkündür.

Müsabiqənin şərtlərinə əsasən, 5-35 yaş həddində olan musiqiçilər ifa etdikləri əsərləri onlayn formatda təşkilatçılara təqdim etməlidirlər. Müxtəlif nominasiyalar üzrə qalibləri məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Sonda qaliblərə mükafatlar veriləcək.

Müsabiqənin təşkilatçısı bəstəkarın qızı, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası nəzdində təhsil və mədəniyyət komitəsinin sədri Pərvin Muradovadır. Müsabiqənin məqsədi dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması, Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğ edilməsidir.

Müsabiqə barədə ətraflı məlumatı bu link - https://www.floridakeyscompetition.com/ vasitəsilə əldə etmək mümkündür.

VI Florida Keys