Tətil üçün Türkiyənin Yalova şəhərinə gedən Azərbaycan vətəndaşı faciəvi şəkildə həlak olub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, işıqforun qırmızı işığında motosikletlə keçməyə çalışan gənc 2 avtomobilin altında qalaraq, ölüb.

Hadisə ötən gün axşam yerli vaxtla 18:30 radələrində Yalovanın Altınova rayonunda baş verib.

Məlumata görə, Azərbaycandan Yalova bacısının yanına gəzməyə gələn 21 yaşlı Hüseyn Zilfioğlu Yalova-İzmit avtomobil şosesində yolun qarşı tərəfinə keçmək üçün hərəkət edib. Qırmızı işığa əhəmiyyət verməyən Zilfioğluna 2 avtomobil ardıcıl olaraq dəyib.

Hadisə yerinə polis və təcili təcili yardım cəlb edilib. Lakin həmyerlimiz hadisə yerində keçinib.

Polis dəstələrinin araşdırmalarından sonra Zilfioğlunun meyiti Bursa Adlı Tibb Təşkilatı meyitxanasına aparılıb.

Cənazənin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib.

Gülnar Qafarlı