Azərbaycan vətəndaşı İbadzadə İlkin Mətləb oğlunun Türkiyənin Antalya şəhərində müalicə aldığı “Medical Park” xəstəxanasında vəfat edib.

Bu barədə Open.az-a Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 18-də baş verib və mərhumun cənazəsi vətənə yola salınıb: “Yaxşılıq etməyə ürək, acını paylaşmaq üçün isə cəsarət gərəkdir. Çünki hər kişi ağır yükün altına girəcək qədər cəsarət sahibi olmur. Necə ki, 18 iyun 2020-ci il tarixində 24 yaşlı Azərbaycan vətəndaşı İbadzadə İlkin Mətləb oğlunun Türkiyənin Antalya şəhərində müalicə aldığı “Medical Park” xəstəxanasında vəfat etməsi və onun nəşinin doğma vətəninə göndərilməsində pandemi şəraiti olduğu üçün yaranan problemlə bağlı anası Nağıyeva Elnarə Qədim qızı adından aidiyyəti şəxslərdən və dövlət qurumlarından dəstək istəyərək, cənazənin tez bir zamanda Azərbaycana aparılması üçün haray çəkmişdi. Bəs bundan sonra harayımıza kimlər səs verdi, kimlər anamızın acısına şərik çıxdı? Bu çətin günlərdə ağır imtahanla üz-üzə qalan, anamızın yanında olmaq, acısını paylaşmaq cəsarətində kimlər oldu? Həmin insanların adını çəkib, anamız Elnarə Nağıyevanın adından və Antalyada müalicə kursu keçən uşaqların valideyinləri adından təşəkkür edir, minnətdarlığımızı bildiririk. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Böyük Elçisi Erkan Özoral bəyə, millət vəkilimiz Qənirə xanım Paşayevaya, millət vəkili Arzu Nağıyevə, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimə, DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalıya, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin yönətim üyeləri Azər İsmayıla, İlqar Məmmədova, Yusif Sadıqova sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk".

Onu da qeyd edək ki, səfir Xəzər İbrahim şəxsən mərhumun anası Elnarə xanımı ziyarət edərək dəstəyini ifadə etdi. O cümlədən, Azər bəy və İlqar bəy şəxsi təyarə kirayələyərək cənazənin Azərbaycana yola salınması təklifini dəstəklədiklərini anamıza və səfirimizə çatdırıblar.

Antalyada Azərbaycan diaspora təşkilatının yönətim üyeləri olan İlqar Məmmədov, Yusif Sadıqov və Azər İsmayıl, burda müalicə kursu keçən uşaqlardan maddi və mənəvi dəstəklərini əsirgəməyiblər: "Antalya Qan Bankının könüllüsü Emin Balin, “Medical Park” özəl xəstəxanasında yardımçı olan Fidan xanım Beşəliyevaya, Moskvada yaşayıb çalışan dəyərli həmyerlimiz Məharət Ağayev və dostları Bayram bəy, Harun bəy və adlarının çəkilməsini istəməyən digər dəyərli qardaşlarımız yaxşı ki varsınız. Sizlərlə fəxr edir, qürur duyuruq".

Gülnar Qafarlı