Türkiyənin Konya şəhərində körpəsini boğduğunu iddia edərək sevgilisi Ümid Gökeri öldürən azərbaycanlı Aysel Eşmənin məhkəmə iclası keçirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı Azərbaycan vətəndaşı məhkəməyə vəkili ilə birgə qatılıb.

Məhkəmə iclasında psixoloji problemləri olduğu iddia edilən Ayselin Ədli Tibb Təşkilatının göndərdiyi hesaba oxunub. Cinayətkarın psixoloji problemləri olmadığı bildirilib.

Məhkəmənin qərarına əsasən, A.Eşmə 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2017-ci il yanvarın 1-də baş verib. Aysel doqquz aylıq övladını sevgilisinin yanına qoyub və işə gedib. Bir neçə saat sonra Ümid uşağı huşsuz vəziyyətdə xəstəxanaya çatdırıb. O bildirib ki, uşaq yataqdan düşüb və huşunu itirib. Həkimlər vəziyyətdən şübhələndikləri üçün polisə məlumat veriblər və Ümid həbs edilib. Ancaq bir müddət sonra azadlığa buraxılıb və Aysellə görüşmək qərarına gəlib.

Görüş zamanı Aysel sevgilisinə körpəni öldürmək istədiyi iddiası ilə hücum edib və yeddi bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan Ümidin həyatını xilas etmək mümkün olmayıb.

Gülnar Qafarlı

Türkiyədə sevgilisini öldürən azərbaycanlı qadına 16 il həbs cəzası

Türkiyədə sevgilisini öldürən azərbaycanlı qadına 16 il həbs cəzası