Türkiyədə hamilə olan azərbaycanlı qadın yanan binadan kəndirlə xilas edilib.

Open.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Hadisə İstanbul şəhərinin Qaziosmanpaşa ərazisində baş verib.

Belə ki, Azərbaycan vətəndaşının yaşadığı beşmərtəbəli binanın ən aşağı mərtəbəsində yanğın başlayıb.

Birinci mərtəbədə yaşayan həmyerlimiz tüstünün təsirindən pəncərəyə çıxıb və yanğından xəbər tutub. Panikaya düşən adın qonşulardan yardım istəyib. Qonşular ona kəndir uzadıb və qadın kəndirin köməyilə xəsarət almadan yerə düşə bilib.

Hamilə azərbaycanlı qadın hadisə yerinə gələn təcili yardımla xəstəxanaya aparılıb.

Gülnar Qafarlı