İki il bundan öncə Türkiyənin Çorum bölgəsində təcili yardım maşınına çırpılan Azərbaycan vətəndaşı olan TIR sürücüsünə hökm oxunub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı Gülman B. 3 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, qəza 2017-ci ilin dekabrında Çorum-Ankara magistralının 30-cu kilometrliyində baş verib.

Qəza nəticəsində bir tibb işçisi ölüb, üçü isə ağır yaralanıb. Gülman B. hadisədən dərhal sonra saxlanılıb

Gülnar Qafarlı