Türkiyənin Konya şəhərində 4 ildir birlikdə olduğu Azərbaycan vətəndaşı Sairə Yüksəliri öldürən türkiyəli Rahim Aracının məhkəmə prosesi baş tutub.

Open.az "Hürriyet"ə istinadən xəbər verir ki, məhkəmədə azərbaycanlının qızı Günay Yükselir ifadə verib. O, ifadəsində hadisə baş verməzdən əvvəl anası ilə danışanda Rahimin onu ölümlə təhdid etdiyini söylədiyini irəli sürüb.

Proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Karatay rayonu Fevzi Çaxmaq Məhəlləsində Kolleksioner kompleksində meydana gəlib. Sairə Yüksəlir sevgilisi Rahimin iş yerinə gedərək, həyat yoldaşından boşanıb onunla evlənməsini və ona verdiyi borc pulu ödəməsini istəyib. Tərəflər bunun üstündə mübahisə edib. Mübahisə zamanı hadisə yerinə polis gəlib. Cütlük bir-birlərindən şikayətçi olmadıqlarını söyləyərək barışıb.

Rehim A. hadisə günü avtomobil ilə iş yerinə gəldiyi zaman, Sairə Yüksəlirə tapança ilə 8 dəfə atəş açıb və qaçıb. Təcili tibbi yardım maşınıyla xəstəxanaya yerləşdirilən qadın edilən müdaxiləyə baxmayaraq həyatını itirib.

Gülnar Qafarlı

Türkiyədə öldürülən azərbaycanlının qızı: Anamı ölümlə təhdid edirdi