Türkiyənin Konya şəhərinin Akşehir mahalında polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliyə cəlb edilən 7 nəfər saxlanılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, saxlanılanların arasında 2 azərbaycanlı qadın da olub.

Hüquq-mühafizə orqanlarına şikayət daxil olub və polis onların qaldığı evə basqın edib. Basqın zamanı 61 yaşlı mənzil sahibi, 50 və 23 yaşlı iki azərbaycanlı qadın, eyni zamanda qadınlara görə evə gələn 4 kişi saxlanılıb.

Kişilərin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Ev sahibi və 2 Azərbaycan vətəndaşı isə Ədliyəyə sövq edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gülnar Qafarlı