Türkiyənin Karaman şəhərində fahişəliklə mübarizə çərçivəsində keçirilən əməliyyat zamanı saxlanılan azərbaycanlı qadında QİÇS xəstəliyinin virusları aşkar edilib.

Open.az "Haberler"ə istinadən xəbər verir ki, saxlanıldıqdan sonra deportasiya edilən Azərbaycan vətəndaşı 35 yaşlı Havadan M-da cinsi yolla yoluxan QİÇS xəstəliyinin virusları ortaya çıxıb.

Qeyd edək ki, Karaman Polis İdarəsi Asayiş Şöbəsi İdarəsinə bağlı Əxlaq Büro Rəisliyi komandası Mehmet D, Həsən Hüseyn D. ilə Erdal Y-nin əcnəbi qadınları məmləkətlərinə gətirdiyi və avtomobildə fahişəlik etdirdiyi məlumatını alıb.

Şübhəliləri təqibə alan polis, şəhərin ən işlək prospektlərindən birində Mehmet D, Həsən Hüseyn D, Erdal Y ilə Hevva C və Azərbaycan vətəndaşı Havadan M-nı saxlayıb.

Həmyerlimiz deportasiya edilib. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı

Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadında QİÇS tapıldı