Türkiyənin Artvin rayonunun Hopa qəsəbəsində fahişəliklə mübarizə çərçivəsində əməliyyat keçirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı əyləncə mərkəzlərində fahişəlik edən 70 qadın saxlanılıb.

Onların arasında Rusiya, Ermənistan, Özbəkistan, Qırğızıstan və Azərbaycan vətəndaşları olub.

Saxlanılan qadınlardan 40-ı ölkələrinə deportasiya edilib. Digərlərinin istintaq əməliyyatlarının davam etdiyi bildirilib.

Gülnar Qafarlı

Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar deportasiya olunub - 70 nəfər