Türkiyənin Trabzon şəhərində Polis İdarənin fahişəliklə mübarizə çərçivəsində Ortahisar rayonuna bağlı Dulusçu Məhəlləsindəki bir hoteldə əməliyyat keçirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 4 azərbaycanlı qadın saxlanılıb.

Hotelin sahibi isə həbs edilib.

Saxlanılan qadınlar polis idarəsindəki proseslərdən sonra Trabzon Ədliyyəsinə sövq edilib, daha sonra Azərbaycana deportasiya olunublar.

Gülnar Qafarlı