Türkiyənin Trabzon şəhərində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatda 25 əcnəbi qadın saxlanılıb.

Open.az "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, əməliyyat Trabzonun Ortahisar rayonunun Taşbaşı məhəlləsində yerləşən əyləncə klublarından birində keçirilib.

Əməliyyat zamanı 12-i Azərbaycan, 3-ü Gürcüstan, 3-ü Rusiya, 4-ü Ukrayna, 1-i Özbəkistan, Qırğızıstan və Moldova vətəndaşları saxlanılıb.

Qadınlar Polis İdarəsindəki əməliyyatlardan sonra deportasiya olunmaq üçün Rayon Miqrasiya İdarəsinə təhvil verilib.

Gülnar Qafarlı