Türkiyənin Sakarya şəhərində fahişəliklə mübarizə çərçivəsində əməliyyat keçirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı qadınları fahişəliyə cəlb edən dörd nəfər saxlanılıb. Onlardan ikisi həbs edilib.

Əməliyyatda şübhəlilərin qaçma ehtimalına qarşı dron ilə havadan təqib edilib.

Bundan başqa, fahişəliklə məşğul olan altı qadın saxlanılıb. Onlardan 2-si Azərbaycan, 1-i Özbəkistan, 3-ü isə Türkiyə vətəndaşı olub. Onlar ölkədən deportasiya edilib.

Həmçinin əməliyyatlarda 1 qanunsuz tapança ələ keçirilib.

Gülnar Qafarlı