Türkiyənin Hakkari vilayətində dövlət xəstəxanalarından birində çalışan azərbaycanlı plastik-cərrah, həkim Elnarə Məmmədova həbs edilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 2017-ci ildən bəri Hakkarı dövlət xəstəxanasında çalışan həmyerlimiz cəzaevinə göndərilib.

Həmyerlimizin həbs edilməsinə səbəb onun 8 xəstədən müxtəlif məbləğdə aldığı pul olub.

Türkiyədə çalışan azərbaycanlı həkim həbs edilib - Xəstələrdən pul aldığına görə...


Xəstələrinin yaxınlarının şikayətindən sonra Məmmədova haqqında istintaq başladılıb.

Hakkari Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi qrupları 3 aylıq təqibdən sonra 1500 TL alan həkimi cinayət başında tutub.

Türkiyədə çalışan azərbaycanlı həkim həbs edilib - Xəstələrdən pul aldığına görə...


Polis əməliyyatlarının ardından məhkəməyə gətirilən Məmmədova həbs qətimkan tədbiri ilə həbs olunub və həbsxanaya göndərilib.

Gülnar Qafarlı

Türkiyədə çalışan azərbaycanlı həkim həbs edilib - Xəstələrdən pul aldığına görə...