Yanvarın 7-də Türkiyənin Samsun vilayəti sahillərində batan yük gəmisinin kapitanı Azərbaycan vətəndaşı 47 yaşlı Turbat İsmayılovun cəsədi tapılıb.

Open.az "Habertürk"ə istinadən xəbər verir ki, cəsəd ötən gün dənizdən çıxarılıb.

Qeyd edək ki, sahildən 77 mil məsafədə Panama bayrağı altından üzən gəminin batması ilə bağlı təhlükə siqnalı daxil olduqdan sonra Sahil Təhlükəsizlik Komandirliyi kater və vertolyotla axtarış-xilasetmə əməliyyatına başlayıb.

Bildirilib ki, gəmidəki 13 ekipaj üzvündən 9-u Ukrayna, 2-si Azərbaycan və 2-si də Rusiya vətəndaşları olub.

Qəza nəticəsində altı nəfər, o cümlədən, Azərbaycan vətəndaşları İbrahimov Məmmədəli Surxay oğlu və İsmayılov Turbat Kamil oğlu həyatını itirib.

Gülnar Qafarlı