Türkiyənin Antalya şəhərinin Alanya bölgəsində qarşı yola keçmək istəyən Azərbaycan vətəndaşı Mətləb İmaməlini maşın vurub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Mehmet U.nin idarə etdiyi avtomobil 54 yaşlı azərbaycanlını vurub. M.İmaməli ağır yaralanıb.

Xəstəxanaya yerləşdirilən həmvətənimizin həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra sürücü polislər tərəfindən saxlanılıb. Məhkəməyə çıxarılan şəxs sərbəst buraxılıb.

Gülnar Qafarlı