Türkiyənin Antalya şəhərində Azərbaycan vətəndaşı ayağlndan bıçaqlanıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Konyaaltı rayonunun Liman məhəlləsində baş verib.

Belə ki, şirniyyat dükanında azərbaycanlı Hacı Elbrus Hacılı ilə çərkəz vətəndaşı arasında mübahisə başlayıb.

Mübahisə böyüyərək davaya çevrilib. Çərkəz vətəndaşı həmyerlimizi ayağından bıçaqlayıb.

Yaralı şəxs qanlar içərisində yerə uzanıb. Hadisə yeinə polis və təcili yardım çağırılıb. E.Hacılı xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır. Polis qaçan əcnəbi vətəndaşı axtarır.

Gülnar Qafarlı