Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisinin batması nəticəsində ölən 6 nəfərdən 4-ü Ukrayna vətəndaşıdır.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri məlumat verib.

Onların adları açıqlanmayıb.

***

15:55

Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisinin batması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Samsun şəhərinin valisi Osman Kaymak məlumat verib.

Ancaq vali ölənlərin kimlikləri və hansı ölkənin vətəndaşları olduğunu açıqlamayıb.

***

14:30

Türkiyənin Samsun şəhərində Panama bayraqlı bir gəminin batdığı siqnalı ilə Sahil Təhlükəsizlik Komandanlığı hərəkətə keçib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, gəmidə olan 13 ekipajdan 7-si xilas edilib, 2 nəfərin cansız bədəni tapılıb.

Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan, 2-nin isə Rusiya vətəndaşı olduğu müəyyən edilib.

Gəmidən xilas edilən 4 nəfər vertolyot ilə xəstəxanalara aparılıb.

Gülnar Qafarlı


Türkiyədə azərbaycanlıların olduğu gəmi batıb - 2 ölü - FOTO - VİDEO

Türkiyədə azərbaycanlıların olduğu gəmi batıb - Ölənlərin sayı artıb - FOTO - VİDEO - YENİLƏNİB