Türkiyənin Kocaeli şəhərinin Karamürsel bölgəsində küçə alverçilərinə qarşı narkotik əməliyyatı keçirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 5 nəfər saxlanılıb. Onların üzərində 45 narkotik həb aşkarlanıb.

Saxlanılanlardan 2-si Azərbaycan, 1-i Rusiya vətəndaşı olub. Polisdəki əməliyyatları tamamlanan şübhəlilər, Qaramürsəl Ədliyyəsinə sövq edilib.

Azərbaycanlılardan biri məhkəmənin qərarı ilə həbs edilib.

Gülnar Qafarlı

Türkiyədə azərbaycanlılar narkotiklə tutuldu