Türkiyənin Turqutlu şəhərində Azərbaycan vətəndaşı intihar edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, evli və 1 uşaq anası olan 27 yaşlı Natella Rüstəmova yaşadığı evdə özünü iplə asıb.

Hadisə fevralın 13-ü saat 18:00 radələrində baş verib. Olay yerinə təcili tibbi yardım və polis cəlb olunub.

Azərbaycanlının cəsədi morqa aparılıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı