Türkiyədə Azərbaycan əsilli Rusiya vətəndaşına hökm oxunub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, İŞİD terror təşkilatına üzvlükdə ittiham edilən Atakişi Akşin adlı şəxs 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmədə günahsız olduğunu bildirib və bəraət istəyib: “Mən müsəlmanam, içki içmirəm, qumar oynamıram. Türkiyəyə dinimi yaşamaq və çalışaraq Rusiyadakı həyat yoldaşım və uşaqlarıma baxmaq üçün 3 il əvvəl gəlmişəm. Uşaqlarımı böyüdüb, oxutmaq üçün çalışıram. Rusiyada bankdan kreditlə ev götürmüşəm. Ailəsi, işi-gücü və evi olan bir insanam. Rus əsilli olan həyat yoldaşımın ailəsi ilə problemlər yaşadım. Heç bir cinayət törətmədim, həyat yoldaşımın atası başımın bəlaya girməsi üçün məni günahlandırdı, böhtan atdı. Rus orqanları da bunu ciddiyə aldı. Onsuz da Azərbaycan olduğum üçün mənə qarşı qərəz var idi".

Qeyd edək ki, Atakişi Akşin "İnterpol" vasitəsilə axtarışa verilmişdi.

Gülnar Qafarlı