Türkiyədə Azərbaycan vətəndaşı olan iş adamı şantaj olunub.

Open.az xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb.

Hadisə sentyabrın 23-ü İstanbul şəhərində baş verib. Polisə müraciət edən, turizm sektorunda çalışan azərbaycanlı iş adamı N.N. adlı şəxs təxminən 5 ildir yanında çalışan bir nəfər tərəfindən şantaj edildiyini söyləyərək şikayətçi olub.

Həmyerlimiz şikayətində bildirib ki, yanında çalışan ər-arvad ona zəng edərək, əllərində uyğunsuz görüntülərinin olduğunu və 1 milyon dollar verməsə, onları sosial şəbəkədə yayacaqlarını söyləyiblər. Hətta bu barədə ailəsinə xəbər verəcəklərini, yazdıqlar bir mətni Azərbaycan mətbuatında yayacaqlarını qeyd ediblər.

Hadisə ilə bağlı Asayiş Şöbə İdarəsi tərəfindən istintaq başladılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli ər-arvad Ərzurumda saxlanılıb.

Onlar İstanbula aparılıb. Şübhəlilərdən biri müdirinin ona borcu olduğuna görə belə etdiklərini vurğulayıb.

İstintaq zamanı şübhəli cütlüyün Gürcüstana qaçmaq planı qurduqları müəyyən edilib.

Gülnar Qafarlı

Türkiyədə azərbaycanlı iş adamına şantaj: 1 milyon dollar tələb etdilər