Türkiyənin Antalya şəhərinin Manavgat rayonundan Alanyaya gedən şəhərlərarası sərnişin avtobusu naməlum şəxslər tərəfindən daşa basılıb.

Open.az "DHA"ya istinadən xəbər verir hadisə nəticəsində avtobusda olan Azərbaycan vətəndaşı Nurad Quliyev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

Hadisəyə səbəb olan 3 şübhəli jandarm tərəfindən saxlanılıb.

Onlar ədliyyəyə sövq edilib. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı