Türkiyənin Ardahan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az "Mynet"ə istinadən xəbər verir ki, Ardahan-Qars yolunda Çetin Yıldızın idarə etdiyi avtomobil Azərbaycan vətəndaşı Anverdi Bağırovun sürdüyü maşınla toqquşub.

Qəzada hər iki maşının sürücüsü ilə yanaşı avtomobildəki azərbaycanlı Sevda Bağırova, Asia Bağırova və Türkiyə vətəndaşları Sekine Yıldız, Berat Yıldız, Eren Sural və Songül Sural yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Gülnar Qafarlı