Türkiyənin Karaman şəhərində fahişəliklə mübarizə çərçivəsində əməliyyat keçirilib.

Open.az DHA-ya istinadən xəbər verir ki, Karaman Polis İdarəsi Asayiş Şöbəsi İdarəsinə bağlı Əxlaq Büro Rəisliyi komandası Mehmet D, Həsən Hüseyn D. ilə Erdal Y-nin əcnəbi qadınları məmləkətlərinə gətirdiyi və avtomobildə fahişəlik etdirdiyi məlumatını alıb.

Şübhəliləri təqibə alan polis, şəhərin ən işlək prospektlərindən birində Mehmet D, Həsən Hüseyn D, Erdal Y ilə Hevva C və Azərbaycan vətəndaşı Natavan M-nı saxlayıb.

Hevva C və azərbaycanlı qadın ifadələrindən sonra sərbəst buraxılıb. Həmyerlimiz deportasiya edilib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı